“Millətin zövqünü korlamayın” - Ramaldan Elarizlə Fatiməyə SƏRT MESAJ - Üç əlli - VİDEO

19 2019 10:11

ARB TV-nin “Üçəlli” verilişinin növbəti qonağı müğənni-bəstəkar Ramal İsrafilov olub.

Müğənni Elariz Məmmədoğlunun Amerikaya getməsinə rəğmən hələ də efirlərdə adının keçməsindən şikayətlənib:

“Elarizi Amerikaya göndərdik, yenə burada çıxır adı. Millətin zövqünü belə-belə korlayırlar. Bəxtinə baxın, özü burada yoxdur, reklamı gedir. Allah canını sağ eləsin, belə tembri də yoxdur. Səhər-səhər kanalı açıb onun səsini eşitsəm, kanalı çevirərəm. Onun səsi məni narahat edir. Belə oxumaq olmaz. Elarizi qoymayın bura gəlsin".

Ramal eyni zamanda rəqqasə Fatiməyə də iradını bildirib:

“Fatimə mənim dostumdur, ona deməyə ərkim çatır. O, bizim gözəl rəqqasəmizdir. Xınalarda götürür bəy-gəlin üçün oxuyur. Orada tamaşaçılar telefonla çəkirlər, videoları yayılır, gündəmə gəlir. Başqa ölkədə də baxır deyirlər ki, Azərbaycan musiqisi bu gündədir. Ona görə də hər kəs öz işi ilə məşğul olsun, xahiş edirəm”.