Məişət tullantılarından inqubator icad edən azərbaycanlı – VİDEO

03 2019 16:20

“Fikirləşdim ki, bunu daha da təkminləşdirə bilərəm”

Azərbyacanlı gəncin hazırladığı cihaz digərlərindən bir çox xüsusiyyətlərinə görə fərqlənir.

ARB TV xəbər verir ki, qəhramanımız gənc yaşlarından onda quşculuq təsərüffatına böyük maraq olduğunu bilirib.

Ev quşlarına marağını görən yaxınları ona 10 ədəd bildirçin hədiyyə ediblər. Bildirçinlərin yumurtalarının çoxaldığını görən Cavid inqubator hazırlamaq qərarına gəlib. İlk olaraq məişət tullantılarından istifadə edərək kiçik inqubator hazırlayıb.

Cavid Abuzərli – İxtiraçı: “Penaplasdan yığdım gördüm effekt aldım. Sonra keçdim həkimlərin dərman dizinfeksiya elediyi aparata. Fikirləşdim ki, bunu daha da təkminləşdirə bilərəm. Daha sonra digərinə keçdim. Burda yaxşı nəticə alsam da istifadə qaydası əllə idi. Əlnən yumurtaları çevirirdim əllə temperatora nəzarət edirdim. Fikirləşdim ki, bunu avtomatlaşdırım ki, yorucu olmasın”.

Bundan sonra Cavid öz ixtirasını təkmilləşdirmək üzərində çalışıb. 8 il ərzində ərsəyə gətirdiyi inqubator avandanlığı isə digərlərindən daha fərqli və daha müasirdir. Bu cihazın hazırlanmasına o, cəmi 400 manat pul xərcləyib.

Cavid Abuzərli – İxtiraçı: “Bu mənim axırınçı əl işimdir. Burada artıq nəmə də nəzarət var, temperatura da, yumurtaların çevrilməsinə də. Hətta içəridə karbon qazı yaranarsa onu fan vasitəsi ilə xaric edir”.

Cavid deyir ki, yeni hazırladığı inqubatora 800 ədəd yumurta yerləşdirmək mümkündür. Lakin bununla da kifayətlənməyən ixtiraçı cihazını daha da təkmilləşdirməyi planlaşdırır.