Atasını qətlə yetirən oğulun ETİRAFI: "Kartı vermədiyinə görə öldürdüm" – VİDEO

23 2019 16:18

Tovuz rayonunda qətl hadisəsi baş verib

ARB TV xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Yerli sakin, 49 yaşlı Rasim Məsimov mübahisə zəminində atası 83 yaşlı Məsimov Müzəffər Bayram oğlunun başına çəkiclə zərbələr vuraraq onu qətlə yetirib.

İlkin məlumata görə, hadisəyə atanın oğluna verdiyi təqaüd kartını geri istəməsi olub. Bu zaman mübahisə yaranıb və nəticədə qətl törədilib.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Telxanım Bağırova – qohum: “Dedi mən öldürmüşəm. Öldürəndən sonra da bibisigilə çıxıb gedib. Kartı vermədiyinə görə atamı öldürdüm deyib ”.

Yusif Namazov – qohum: “Hər ikisi də sakit bir adam olub. Ağıla gəlməz bir şeydi. Kantuziyalı adam idi. Uzun müddət müharibədə olan adam olub. ”

Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.