Başımızın üstündəki təhlükə - Qurumuş ağaclar – VİDEO

16 2019 16:55

Bakıda quruyan və qurumaqda olan ağacların sayı ildən ilə çoxalır. 

ARB TV xəbər verir ki, bəzi ağacların da daxilində çürümə gedir. Təbii ki, bu da ağacların aşma ehtimalını artırır. Belə vəziyyətdə olan ağacları tapmaq üçün isə xüsusi axtarışa ehtiyac yoxdur.

Bəzi küçələrdəki ağaclar demək olar ki, Allah ümidinə qalıb.

Sakin: “Burada maşın saxlamaq olmur. Hamısının budaqları maşınların üstünə düşür”.

Qanunla belə ağacların müəyyən edilməsi, budanması və ya götürülməsi üçün torpaq mülkiyyətçisi, yəni yerli icra və bələdiyyə orqanları Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etməlidir. Amma görünən odur ki, monitorinq aparmalı olan qurumlar işində passivlik göstərir.

Proses kifayət qədər uzun sənədləşmə və vaxt tələb edir. Bu qurumuşların işi isə Bakının küləyi qarşısında sənədləşmə gözləyəcək vəziyyətdə deyil. Allah küləkdən yox, başımıza düşəcək ağacdan qorusun.