“Yekə kişilər bir-birinə ağzına gələni deyir” - Kəramət meyxanaçıları tənqid etdi – VİDEO

16 2019 16:54

ARB TV-nin “Səhər-Səhər” verilişinin növbəti qonağı şair Kəramət Böyükçöl olub.

Şair meyxanaçıları sərt tənqid edib:

“Bizim təfəkkürümüzü, düşüncəmizi, mənəvi dünyamızı qidalandıran nədir? Meyxana. 2 nəfər yekə kişi durub bir-birinə ağzına gələni deyir. Böyük bir kütlə də buna əl çalır. Bizə bu ləzzət edir. Bir dəfə meyxanaçı Oktay Kamil verilişdə mənə dedi ki, “ala, sən get özünü tap, sonra gəlib mənimlə söhbət edərsən. Mən də ona dedim ki, sənin ulduz olduğun cəmiyyətdə mən heç vaxt özümü tapa bilməyəcəm. Bu cəmiyyətin qəhrəmanı sənsən , mən yox”.