Ömrünün 21 ilini həbsxanada yaşayan məhkumun ETİRAFLARI - VİDEO

02 2019 10:13

ARB TV-nin “Rezonans” proqramının növbəti buraxılışında məhkum Hafiz Qocayevin həyat hekayəsini yayımlanıb.


Hafiz Qocayev - 5 il – (Ümumi 21 il): “Ali təhsilliyəm, aviasiyanı bitirmişəm. Subayam. Qismət olsa çıxanda ailə quraram. 1989-cu ildə “Vasmoy bazarı”nın qabağında maşınla dayanacağa girmişdim. 3 nəfər həlak oldu. 1992-ci ildə vaxtından əvvəl buraxıldım. 1999-cu ildə oğurluq mal satdığıma görə həbs olundum. Məhkumluq vaxtından tanıdığım uşaqlar var idi. Onlar oğurluq əşyalar, aparatura, qızıl gətirdilər. Mən də ucuz qiymətə alıb, baha qiymətə satırdım. Oğurluq mal olduğunu bilirdim. 1999-cu ildə onlar tutuldu və ifadələrində oğurluq malları Hafiz satıb dedilər. Mən də həbs olundum və 6 il iş kəsildi. 6 ilimi də yatıb çıxdım. Məhkumluq həyatında elədir ki, bir-birimizə inanırıq. Fikirləşmirik ki, o sabah-birigün tutulsa mənim adımı verər. Mənə tamah güc gəldi. Hər komputerdən 400 manat pul qalırdı. 2005-ci ildən azadlığa çıxdım, 2012-ci ilə qədər. Çay evi işlətdim, xarici dövlətə gedib-gəlib “talkuçka”da mal satdım. 2014-ci ildə yenə oğurluq mal satdığıma görə həbs olundum, amma bu dəfə həddindən artıq çox idi. 10-12 min telefon, müxtəlif komputerlər oldu. Yenə də tamah güc gəldi. Uşaqlar hansısa firmanın skladını soymuşdular. Yenə də onlar həbs olundu və ifadələrində adımı verdilər”.