“Keçmişini yaxşı bilirəm” – Renka onun haqqında danışan həmkarını HƏDƏLƏDİ – VİDEO

29 2019 12:10

ARB TV-nin “Səhər-Səhər” proqramının növbəti qonağı rəqqasə Rəna Ağamuradova (Renka) olub.

Renka rəqqasə Aygünün onun ünvanına söylədiyi sözlərə münasibət bildirib:

“Mən Validə xanıma (rəqqasə Aygün) sözümü demək istəyirəm. Adı Validədir, özü bilir kimə deyirəm. Əgər bir də mənim haqqımda nəsə desə, cavab qaytarmayacam, sadəcə məhkəməyə verəcəm. Mənə lazım deyil ki, anam əziyyət çəksin. Bir dəfə olmayıb ki, kimisə pisləyəm. O, Fatiməni və digər rəqqasələri pislədi. Sən kimsən ki, Fatimə xanıma söz deyirsən? Bu sənətdə mənə kömək olan 3 xanım olub. Fatimə, Aytən və Kama Səfərəliyeva. Mən sənin qarşında 1 manat pul istəməmişəm. Əgər istəmişəmsə, səhərə sağ çıxmayım. Ayıb olsun sənə ki, efirdə çıxıb belə söhbətlər edirsən. Düzünü desin, deyir ki, biz dost olmuşuq. Sən dostluğu bacarmırsan. Kasıblıqdan utanan adam deyiləm. Və o, elə insan deyil ki, onun qarşısında ağlayım. Əvvəl məşhur stilist olmuşam, rəqqasəliyi sevib gəlmişəm. Bu sənətlə yaşayıram. Gəlinin, bəyin anası zəng vurub məni toylarına çağırır. Çünki, mən bu sənəti sevdirirəm, amma sənin kimi insanlar bu sənəti aşağı salır. Bir dəfə söz atdı, fikir vermədim. İkinci dəfə söz atdı, dedim, psixoloji problemləri var. Qız manyakdı, harada otursa mənim haqqımda danışır. Psixoloji problemin varsa, get müalicə al. Elə bilər ki, ondan qorxuram, əsla. Keçmişimi danmıram və sənin də keçmişini yaxşı bilirəm. Mən ağzımı açsam sənə çox pis olar. Ona görə də başını aşağı sal, sakitcə həyatını yaşa”.

Xatırladaq ki, “Səhər-Səhər” proqramının keçmiş buraxılışlarının birində rəqqasə Aygün bütün rəqqasələri duelə dəvət edib. Renka haqqında danışarkən isə onun haqqında sərt ifadələr səsləndirib.

“Bir adamla ki, dostluq edirsən, iplər qırılır və gəlib deyir ki, Aygünü tanımıram. Onun haqqında deyə biləcək sözüm yoxdu. Damla-damla qabağımda süzülən göz yaşlarını unutdu. 1 manat pulu yox idi, acından ölürdü”.