“Şəhərdəkilər məndən açıq geyinir” – Dekoliteli geyimləri ilə gündəmdə olan Lətifə Soyuöz - VİDEO

27 2019 12:39

ARB TV-nin “Show news” verilişinin növbəti müsahibi müğənni Lətifə Soyuöz olub. 

Müğənni onu geyiminə görə tənqid edən sadə camaatı qınayıb:

“Bu gün “İnstagram”a baxıram ki, hamı açıq-saçıq geyimdə, qısa paltardadır. İlla mən, mən. Bilmirəm niyə görə bu belədir? Kənardan da, güzgüdən də özümə baxanda özümü çox sevirəm. Sadəcə mən daha çox gözə çarpıram. Mən qısadan və dekolitedən daha az istifadə edirəm. Biz artıq yay ayındayıq. Mən adi, sadə qara mayka geyinirəm. Nələr dedilər... Nə edim, istidə “vadalaska”da gəzim? Siz bayırda paltoda, qapalı gəzirsiz? Ötən gün şəhərə çıxmısam, baxdım gördüm ki, sanki hamı bu dəqiqə səhnəyə çıxacaq. Hamı dekolitedə, açıq geyinib. Müğənnilər hansısa yaxşı işlərdə, yardımda nümunə ola bilərlər, amma səhnədə performans göstərəndə onların nümunə işini yaddan çıxarın. Biz insanlara xoş aura yaşatmağa, gözlərini rəngləndirməyə çalışırıq. Bizim üçün səhnə kostyumları tikilir, o geyimlə bayıra çıxmaq olmaz”.