“Övlad sahibi olmaq üçün ailə olmasa da olar” – Xəyalə Manaflı – VİDEO

24 2019 17:36

ARB TV-nin “Boş anlar” proqramının növbəti qonağı ifaçı Xəyalə Manaflı olub.

Müğənni tənhalıq fobiyası yaşadığını etiraf edib:

“Məndə tənhalıq fobiyası yaranmağa başladı. Bir neçə il bundan əvvəl belə bir period yaşadım. Fikirləşdim ki, yaşım irəlilədikcə bioloji olaraq övlad sahibi olmağımda çətinləşə bilər. Kimləsə münasibət qurmaq, onun kaprizlərinə dözmək də mənə artıq çətinlik törədə bilər. Valideynlərim bu gün var, amma 10-20 ilə onlar olmaya bilər. Mən həyatımı davam etməliyəm. Təklikdə qalmaq fobiyam yarandı. Düzdür, uşaq psixologiyası üçün ailə mütləqdir. Lakin, düşündüm ki, övlad sahibi olmaq üçün ailə olmasa da ola bilər. Müasir tibb də buna icazə verir. Ailəmlə dəfələrlə bu haqda söhbət etmişəm ki, mənə görə narahat olmayın. Əgər bəlli yaşıma qədər siz məni gəlinlikdə görməsəniz belə mən tənha ölməyəcəm. Qismət olar övladım olar, olmasa da itdən, pişikdən saxlayıb başımı qatacam. Nə edim, bununla mübarizə aparmaqçün falçılara gedim?! Heç kimə tövsiyə etmirəm. İnsanlar ilk olaraq öz hisslərinə inanmalıdırlar”.