“Dedi ki, ana, sənin kimi kişi ola bilərəm?” – Afət Fərmanqızı oğlundan DANIŞDI – VİDEO

24 2019 17:35

ARB TV-nin “Kim var, kim yox?” verilişinin növbəti qonağı müğənni Afət Fərmanqızı olub.

İfaçı oğlunun ona güvəndiyini deyib:

“Oğlumun xasiyyəti ağırdır, amma mənə güvənir. Çünki məni ondan yaxşı tanıyan yoxdur. Oğlum uşaq olanda onun gözü qarşısında bir hadisə baş verdi. Mən həmin vəziyyətdən üzü ağ çıxmağı bacardım. Fikrə getdi, dedi ki, ana, görəsən, mən də sənin kimi kişi ola bilərəm? O mənə anadan çox kişi gözü ilə baxır. Mən onun üçün güclü insanam. Ailəmizdə yalan yoxdur. Övladım Fransada oxuyub, indi də Almaniyada oxuyacaq. Avropa tərzində düşüncəyə sahib biridir. Ona deyirəmsə studiyadayam, vəssalam. Əgər Salyandayamsa yalandan studiyadayam deyə bilmərəm. İnam bir dəfə itir. Sonra düz də danışsan yalan çıxacaq”.