“Fəxri ad istəmirəm, maliyyə istəyirəm” - Kənan MM - VİDEO

18 2019 16:33

ARB TV-nin “Show news” verilinin növbəti müsahibi rejissor, aktyor Kənan Mahmudov olub: 

Kənan MM ən böyük arzusundan danışıb:

“Bu il bir ssenari vermişəm, ümid edirəm dövlət hesabına mən də nəsə çəkəcəm. Ortaya bir sual çıxır, mən də çəkməyim kim çəksin? Bu mənim Mədəniyyət Nazirliyindən son istəyimdir. Hamımız getsək, kim qalacaq? Biz buranın çörəyini yemişik, burda yoğrulub xəmirimiz. Ad istəmirəm, heç nə istəmirəm. Sadəcə dövlət hesabına film çəkmək istəyirəm”.

Rejissor daha sonra necə biri olduğunu və yerli məşhurlarda bəyənmədiyi cəhətlərdən söhbət açıb:

“Əslində necə bir insan olduğumu onlardan öyrənirəm. Mövlananın bir sözü var, deyir ki, tərbiyəni tərbiyəsizdən öyrən. Sənətçilərimizin də əsas qeyri-səmimiliklərindən biri, villası, biznesi olan müğənni çıxıb deyir ki, heç vaxt qoymaram ki, oğlum yaxud qızım bu sənətlə məşğul olsun. O zaman o yalan deyir, sənətini yerə vurur”.