“1 aya ola bilər” – Yeni boşanan Əbdül Xalid, evlənmək ehtimalından DANIŞDI - VİDEO

14 2019 17:04

ARB TV-nin “Show news” verilişinin növbəti müsahibi müğənni Əbdül Xalid olub: 

Müğənni şəxsi həyatından və boşanmasından danışıb:

“Xahiş, ricam odur ki, heç vaxt şəxsi həyatımdan danışmayın. Bu hallar hamıda baş verir və verəcək də... Necə gecə-gündüz varsa, müsbət-mənfi varsa, ailə qurmaq da, dağıtmaq da var. Bu ağzı bağlı boxçadır. Bilinmir içərisində nə olacaq, heç kim həyatda sığortalanmayıb. Bu həyatda mənim üzümü güldürən qız övladımdır”.

Daha sonra Əbdül Xalid, yenidən ailə quracağı etimalının da olduğunu qeyd edib: 

“Mənim üçün ən vacib sadiqlikdir. İnsan hər bir şeyə dözməlidir. Hələki yenidən ailə qurmağı düşünmürəm, çünki özüm hazır olmalıyam. Hazır olacağım zamanı isə bilmirəm. Bu 1 ay, 5 ay, 1 il ola bilər, dəqiq deyə bilmərəm. Amma ailə həyatı quracam, bu təbiidir. Çünki, həyat davam edir. Bu məsələdə mənim övladımın fikri çox önəmlidir”.