“Başımın üzərindən tramvay keçib” - Əli Mirəliyev başındakı çapıqdan danışdı – VİDEO

13 2019 15:54

“Məni söyəndə xoşuma gəlir”

ARB TV
-nin “Səhər-Səhər” proqramında verilişin aparıcısı, müğənni Əli Mirəliyev haqqında gəzən şaiyələrə aydınlıq gətirib.

“Haqqımda yaxşı rəy deyəndə xoşuma gəlmir. Məni söyəndə xoşuma gəlir. İrad bildirsinlər, yoxsa yalandan toyda başına güldan atılıb deyilməsin. 11 yaşımda tramvay keçib başımın üzərindən. Başımdakı çapıq izi ondan qalıb. Filmə bilet aldıq, filmin başlamağına yarım saat qalırdı. Tramvaya mindim ki, vaxtında çatım. Əlimi atıb tullandım tramvayın qapısındakı dəstəyindən tutdum. Qapıda bir oğlan var idi, barmaqlarımı 
dəstəkdən açdı. Yıxıldım. Başımdan zədə aldım. 6 ay xəstə yatmışam”.