“Nə xoş mənim halıma” – Xalq mahnısını özününküləşdirdiyi deyilən gənc müğənni – VİDEO

08 2019 11:51

ARB TV-nin “Səhər-Səhər” proqramının növbəti qonağı müğənni Rübail Əzimov olub.

İfaçı “Qara gözlüm” mahnısını özü yazıb-bəstələdiyini deyib:

“Mahnı mənə aiddir. 2014-cü ildə yazmışam. Müəllif Hüquqları Agentliyindən keçirilib. “Qara gözlüm”ü uğurlu təqdim edən ifaçılardan biri Ellada Həsənova olub. El şənliklərində əksər müğənnilər bu mahnını ifa edir. Nə xoş mənim halıma ki, xalqın mahnısı olub. Bu, hər kəsə qismət olmur”.