Məşhur illüziyaçı Tofiq əmi valideynlərə səsləndi: ”Uşaqlara qadağa qoymayın” – VİDEO

04 2019 16:09

“ARB Günəş”in efirində yayımlanan “Kiçikdən-böyüyə” verilişinin qonaqları məşhur illüziyaçı Tofiq İsgəndərli ilə 13 yaşlı Aslan olub.

Tofiq İsgəndərli uşaq vaxtı nadincliyindən peşmançılıq çəkdiyini bildirib:

“Düzdür, məktəb vaxtı əlaçı olmuşam, amma bir az da yaxşı oxuyardım. Uşaq vaxtı çox nadiclik edirdim, valideynlərimi, qohum-qonşunu incidirdim. İndi olsa, bunların heç birini etməzdim”.

Aslan Tofiq əmiyə “Uşaqlara qadağa qoymaq olarmı?” sualını ünvanlayıb.

İllüziyaçı isə cavabında bildirib ki, uşaqlara qətiyyən qadağa qoymaq olmaz:

“Uşaq vaxtı valideynlərim heç kimə yox, təkcə mənə qadağa qoyub. Küçədə gəzməyi, kinoya getməyi mənə qadağan edirdilər. Amma mən bu qadağalara əməl etmirdim. Fikrimcə, uşaqlara qətiyyən qadağa qoymaq olmaz, çünki uşaqlar qadağa qoyulan şeylərə daha çox meyl edir. Sadəcə uşağa başa salmaq lazımdır ki, bu olar, bu olmaz”.

“Kiçikdən-böyüyə” verilişi hər həftənin cümə günü saat 18:45-də “ARB Günəş”də yayımlanır.