Bağça tərbiyəçiləri özləri tərbiyəlidirmi? – VİDEO

04 2019 16:07

Son günlərdə gündəmə düşən videodan görsənir ki, bağçalardakı işləyən tərbiyəçilərlə bağlı problemlər hələ də öz həllini tapmayıb. Keçmişdə də sıx-sıx rast gəldiyimiz uşaqlara qarşı zorakılıq, səs tonunun qaldırılması halları hələ də qalıb.

ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Əldə etdiyimiz məlumata əsasən son hadisə Zığda yerləşən bağçalardan birində baş verib. Dırnaq arası tərbiyəçi valideynlərin “Whatsapp
” qrupuna şəkil atmaq istəyərkən səhvən həmin videonu göndərib. Hazırda hadisə ilə ilə bağlı araşdırma aparılır.

Kəmalə Ağazadə - Azərbaycan uşaqları ictimai birliyinin sədri: “Mən videoya diqqətlə baxanda orda uşaqlarda bir qorxu gördüm. Yəni bu həmin an baş verən qorxu deyil. Və uşaq o yaşlardan artıq şiddət görürsə biz sabahları onun aqressivliyini cəmiyyətə ancaq yararsız bir insan kimi formalaşmağını müşahidə edəcəyik”.

2017-ci ildə Milli məclis tərəfindən məktəbəqədər təhsil haqqında qanun layihəsi qəbul edilib. Və qanunda qeyd edilir ki, baxçalarda yalnız bu sahə üzrə ali təhsilli şəxslər çalışa bilər. Lakin hazırda ölkəmizdə 1656 uşaq baxçasında  17000-ə yaxın tərbiyəçinin heçdə hamısının bu sahə üzrə ali təhsili olduğunu deyə bilmərik.

Kamran Əsədov – Təhsil Eksperti
: “Qanunvericilikdə nəzərdə tutulur ki, 5 ildən bir mütləq şəkildə körpələr evində uşaq baxçalarında çalışanların bilik və bacarıqlarının yoxlanılması üçün attestasiya keçirilməlidir.  Eyni zamanda onların psixoloji vəziyyətinin yoxlanılması həyata keçirilməlidir. Amma hal-hazırda bizim 1700-ə yaxın uşaq baxçasında çalışanların heç birinin psixoloji vəziyyəti nəzərə alınmır”.

Beynəlxalq təcrübəyə nəzər salsaq görərik ki, dünya ölkələrində baxça tərbiyəçilərinin seçimi heçdə bizdəki qədər asan deyil... Tərbiyəçi seçilərkən nəinki bu sahə üzrə təhsil, psixoloji vəziyyətindən tutmuş xarici görünüşə qədər və ən əsası uşaqlarla münasibəti nəzərə alınır.

Sorğumuzdan belə məlum oldu ki, valideynlərin çoxu tərbiyəçilərdən razıdır. Məlum məsələdir ki, valideynlərin çoxusunun belə hadisələrdən xəbəri olmur. Belə halların qarşısını almaq üçün valideynlər daimi övladları ilə söhbətlər aparmalıdır. Onların problemləri ilə maraqlanmalı və belə faktlar varsa yerindəcə bu məsələ həll olunmalıdır.