“Kimə istəsəm sponsorluq edərəm” – Vəfa Şərifova – VİDEO

03 2019 14:56

“Öz pulumu yığıram yoldaşımın pullarını xərcləyirəm”

ARB TV-nin “Boş anlar” proqramının növbəti qonağı ifaçı Vəfa Şərifova olub.

Müğənni artıq maddi dəstəyə ehtiyacın
ın olmadığını deyib:

“Bu sənətə dəstəksiz gələn adam yoxdur. Təzə başlayan vaxtlarda ehtiyacım var idi, amma indi dəstəyə ehtiyacım yoxdur. Bundan sonra özüm kimə istəsəm sponsorluq edib qabağa çəkə bilərəm. Xalq məni dolandırır. Bu gün istədiyim məbləğə toya gedirəmsə kimə ehtiyacım var ki?! Qadının yoldaşının əlinə baxması gözəl bir şeydir. Yoldaşın verdiyi pul daha şirin olur. Öz pulumu yığıram onun pullarını xərcləyirəm”.