““Rolls Royce” bir Kristiano Ronaldoda, bir də məndə var” – Cavanşir Məmmədov - VİDEO

01 2019 14:37

ARB TV-nin “Show news” verilişinin növbəti müsahibi əməkdar artist Cavanşir Məmmədov olub.

Cavanşir Məmmədov odlu-alovlu açıqlamalar edib:

“Mənim su dükanım belə yoxdur. Adam görmədiyi şey haqqında danışmaz. Biz ayağımızı atanda əvvəl ayağımızın altına baxıb sonra atmışıq. Özünüzü yığışdırın! Bilin, kimlə, necə, harda...  Məndə elə şeylər var ki, onlar açılsa çətin olar. Sakit yerinizdə oturun, hər kəs öz yerini bilsin! ”.

Əməkdar artist dünya şou-biznesində “Rolls Royce” markalı avtomobilin sadəcə futbolçu Kristiano Ronaldo ilə onda olduğunu düşünür: 

““Rolls Royce” markalı avtomobil dünya şou-biznesində təkcə futbolçu Kristiano Ronaldoda və bir də məndə, Azərbaycan Respublikasının vətəndaşı, əməkdar artist Cavanşir Məmmədovda var”.