Yusif Mustafayev efir vasitəsi ilə borcunu istədi: “Gətirib qaytarsın” – VİDEO

30 2019 16:34

ARB TV-nin “Səhər-Səhər” verilişinin növbəti qonağı əməkdar artist Yusif Mustafayev olub.

Sənətçi efir vasitəsi ilə ona pul borclu olan şəxsə müraciət edib:

“Keçən il biri Azərbaycana gəldi. Adını çəkmirəm. Gəlib dedi ki, Yusif, mənə borca 1000 manat pul ver. Oğluma dedim, apar ona pulu ver. 4 günə qaytaracaqdı, 1 ildir yoxdur.  Gətirib borcunu qaytarsın”.