“Ağıllı olun, qısqanılacaq bir tipajam” – Pərvin Abıyeva - VİDEO – FOTO

30 2019 12:21

ARB TV-nin “Show news” verilişinin növbəti müsahibi aktrisa Pərvin Abıyeva olub.

Aktrisa qalmaqala səbəb olacaq iddialı açıqlamalar edib:

“Yoxluğuma sevinib özünü ulduz hesab edənlər var. Ey, ağıllı olun! Mən İstanbula köçüb orada yaşaya bilərəm amma mənim yerimi tuta bilməyəcəksiniz. Demirəm mən dünya gözəliyəm amma qısqanılacaq tipajam. Mənə elə gəlir ki, şarmım var. Şou-biznesdəkilərin çoxunda olmayan şeylər məndə var və öz üzərimdə aşırı çalışqanam. Amma mən bizdə onu görmürəm. Nəyəsə görə hamının gözünə mən batıram, insanları pis və ya yaxşı mən cəlb edirəm. Üzərimdən nə qədər insan gündəmə gəlib və bugün məşhurdular. Yoxluğumu özlərinə avantaj bilirlər. Faktiki olaraq bu gün Azərbaycan film sahəsində gənclərdən yeganə mənəm bu qədər göz batan, tanınan. Çox istəyirəm ki, gözəl aktrisalarımız olsun, həm görünüş, həm də iş baxımından. Niyə də yox? Çünki Azərbaycanımız adınadır, hətta getsin təmsil də etsinlər. Bu mənim üçün  sevindirici hal olar. Amma yoxdur”.