Piyada keçidindən podium kimi istifadə edənlər - VİDEO

30 2019 12:20

Bəzi piyadalar yolu keçərkən nəqliyyat hərəkətinin intensivliyini nəzərə almadan zolaqla hərəkətə başlayır ki, nəticə arzu olunmaz sonluqla bitir. Piyadalar əksəriyyəti bunu hərəkət üstünlüyünün onlarda olduğunu və istənilən zaman yolu keçə biləcəkləri  ilə izah edir.

ARB TV-nin "Günə Doğru" proqramında mövzu ilə bağlı maraqlı süjet yayımlanıb.

Yol Hərəkəti Haqqında qanuna əsasən piyada zolağında bütün avtonəqliyyat vasitələri piyadalara yol verməlidir. Lakin piyada da işıqfor, nizamlayıcı olmayan keçidlərdə hərəkətə başlayarkən avtomabillərin intensivliyini nəzərə almalıdır. Sürücülər bildirir ki, bəzi şəxslər var ki, bilərəkdən keçidi yavaş addımlarla keçir.

Sürücülər də bəzən uyğun olmayan yerlərdə piyadalara yol verməklə qəza şəraiti yaradır. Belə səhvləri xüsusi ilə zolaq olmayan yerlərdə piyadalara yol verən sürücülər edir.

Piyadaya yol verən sürücülər qəza işığın yandırmaqla bəzən qəzaya yol açmış olur. Belə ki, arxadan gələn sürücü qarşıdakı maşının nasaz olduğunu düşünüb ötmə əməliyyatı etməyə çalışır və piyada vurulması baş verir.

Mütəxəssislərin sözlərinə görə, piyada qəzalarının əksəriyyəti piyadaların öz hüquqlarını bilməməsi səbəbindən baş verir.

Yol Hərəkəti Haqqında Qanunun 40-cı maddəsinə əsasən “piyada, nizamlanmayan piyada keçidlərində yolun hərəkət hissəsinə yalnız yaxınlaşmaqda olan nəqliyyat vasitələrinədək məsafəni, onların sürətini qiymətləndirdikdən və yolu keçməyin onlar üçün təhlükəsiz olacağını yəqin etdikdən sonra hərəkətə başlaya bilər.