Maşına “plyonka” vurulmasına icazə verilibmi? – Rəsmi açıqlama – VİDEO

30 2019 12:19

Aərbaycanda avtomobillərə pərdədən istifadə ilə bağlı icazənin qüvvəyə minməsi ilə, “plyonka”lı maşınların da sayı artmaqdadır. Hətta məlumat yayılıb ki, plyonka ilə bağlı qadağalar aradan götürülüb. Yol polisi isə, bu informasiyanı təkzib edir.

ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Vaqif Əsədov - BŞBDYPİ-nin bölmə rəisi: “Yol hərəkəti haqqında qanuna edilən 1 saylı əlavənin tələbinə əsasən, ölkədə istismar edilən nəqliyyat vasitələrinin görünüşü məhdudlaşdıran , şəffalığı tündləşdirən pərdə və ya “plyonka”ların vurulması ilə bağlı hər hansı bir qanuni dəyişiklik edilməyib. Və bunla bağlı deyilənlər sözsüz ki şayiədir”.

Azərbaycan standartlarına əsasən minik avtomobillərində sürücü üçün görünüşü təmin edən şüşəsinin işıqburaxma qabiliyyəti ilə bağlı ölçülər var və bu həddlər dünya standartlarına da tam uyğundur.

Avropa iqtisadı komissiyasının qəbul etdiyi 43 saylı qərar var ki, bütün ölkələr bu normaları qəbul edir. Və orada göstərilir ki, sürücü özündən sonrakı şüşələri məhdudlaşdırmaqla bağlı ixtiyara sahibdir. Amma söhbət müəyyən hissələrin müyyən ölçüdə tündləşdirilməsindən gedir.

Mütəxəssislər deyir ki, avtomobilin şüşələrində icazədən kənar tündləşdirici vasitələrin xüsusi ilə də plyonkaların vurulması inzibati məsuliyyət yaratmaqla yanaşı qəza risklərini də artırır.

Elməddin Muradlı - Ekspert: “Sürücülərimiz var ki, yan güzgülərdən salonun güzgüsündən istifadə edə bilmir. Hələ gətirib 100 faiz plyonka da çəkir. Yerində aradan qaldırıla bilsə 150 manata, yox mümkün deyilsə, maşın aparılır cərimə dayanacağına , yenə 150 manat cəriməsi var”.

Qanunun tələblərinə əsasən işıq buraxma qabiliyyəti dövlət standartının tələblərinə uyğun olan, yalnız sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin tətbiqinə icazə verilir. Yəni plyonka ilə bunu etmək qadağandır.