DƏHŞƏT! "Mercedes"lə su maşını toqquşdu, yaralılar var – VİDEO

25 2019 14:47

Gəncədə yol qəzası baş verib.

ARB TV xəbər verir ki, Əziz Əliyev küçəsində "QAZ 53" markalı su avtomobili "Mercedes" markalı minik avtomobili ilə toqquşub.

Qəza zamanı "Mercedes"in sürücüsü, Gəncə şəhər sakini 40 yaşlı Aqil Məmmədov və sərnişini 38 yaşlı Samir Rzayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hər iki yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib.

Ələddin Əliyev – Şahid: ““Mercedes” yuxarı qalxırdı, su maşını da gəlirdi, “Mercedes” qabağına çıxdı”.

Şahin Quliyev – Həkim: “Xəstənin birinin sifəti və ərtafında çoxsayılı cırılmış yaralar, o birində də sağ çiyin oynağının əziyi, sağ körpücük sümüyünün sınığı, döş qəfəsinin  əziyi və bədənin müxtəlif  yerlərinin sıyrılmış yaraları vardı. Xəstələrə yardım göstərildi. Hal-hazırda xəstənin birinin vəziyyəti orta ağırdı, digəri isə ambulator müalicəyə göndərildi”.

Faktla bağlı araşdırma aparılır.