“Kasıb qızam, öz şotuma bərk gedirəm” – Səidə Sultan - VİDEO

24 2019 16:11

ARB TV-nin “Show news” verilişinin növbəti müsahibi müğənni Səidə Sultan olub.

Müğənni maraqlı açıqlamalar edib:

“Şou-biznesdə ağzına gələni edənlər, musiqisinə dəyər verməyənlər çoxdur. Şou-biznesin özündə də bəzi kişi və qadın müğənnilər elə mənasız söz danışırlar ki, bu insanlara lazım deyil. Bu özümüz-özümüzü vurmaq deməkdir. Haqq, düz harda varsa, orda ölüm də olsa gözmü qırpmadan gedərəm. Mən düz üçün ölsəm onan həzz alaram. Hörmət olan yerdə hər şey gözəl olur. Mən İlhamə Quliyeva deyiləm, mən Səidə Sultanam. Mən kasıb qızam, özüm öz xoduma və öz şotuma tək gedirəm, amma bərk gedirəm. Taxt-tac isdəmirəm, Sultan adım var”.