Azərbaycanlı bu müəllim qeyri-adi bacarığına görə dünyada TƏKDİR – VİDEO

21 2019 17:27

Lənkəran sakini sevdiyi peşənin öhdəsindən, sözün əsl mənasında gözü bağlı gəlir. Bu yerdə “mən bu işi gözübağlı edərəm” ifadəsi lap yerinə düşür.

ARB TV xəbər verir ki, Vüsal Cabbarov qaranlıq dünyada rəsm çəkməyin maraqlı və mükəmməl bir hiss olduğunu deyir. Rəssam Lənkəranın Sütəmurdov kənd orta məktəbində tarix fənnini tədris edir.

20 ilə yaxındır ki, gördüyü istənilən mənzərəni kətan və ağac üzərində çəkərək vizual təsvirini yaradır. Təsviri incəsənətlə peşəkarcasına məşğul olan Vüsal işinə maraq qatmaq üçün qeyri-adi addım atıb. O, həmkarlarından fərqli olaraq gözü bağlı halda rəsm çəkir. Rəssam xüsusi bacarığının sirrini belə izah edir:

Vüsal Cabbarov – Rəssam: “Portreti çəkəndə o portreti görmədən, xəyali olaraq təsəvvürümdə canlandırıram və çəkirəm. Bu mənim üçün çox rahatdır. Xüsusi barmaq işarələri ilə çəkəcəyim portretdə kəllənin uzunluğunun eninə olan nisbətinə əsasən bilirəm ki, üz cizgiləri hansı formada olur”.

Bu xüsusiyyətinə görə dünyada ilk və yeganə rəssam olduğunu deyən Vüsal əsasən portret janrına üstünlük verir. O, bu çətin və çox vaxt tələb edən əsərləri çəkən zaman həm gözünün bağlı olması, həm də sürəti lə insanları təəccübləndirir.

“Ginnesin rekordlar kitabı”na düşmək arzusunda olan qəhrəmanımız təsviri incəsənətdə öz fərqli üslubunun olduğunu iddia edir. Və natamam qalan portretləri tamamladıqdan sonra əl işlərindən ibarət böyük sərgi keçirməyi planlaşdırır.