Sürücüləri soyan dayacaq QİYMƏTLƏRİ - VİDEO

21 2019 17:26

Parklanma və parkinqə görə, ödəniş məsələsində yaranan ziddiyətin öz həllini tapmaması, şəhərin nəqliyyat sistemi üçün vacib addımlardan sayılır. Dövlət və özəl,sosial müəssisələrin parkinq yerlərindən şəxsi maraqlar üçün istifadə etməsi, eləcə də, özləri üçün qiymət müəyyənləşdirilməsi kifayət qədər narazılıq yaradır.

Bu məsələ ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında maraqlı süjet yayımlanıb.

Fərhad Eyyubov (ATU-nun dosenti): "Ümumi parklanma ilə bağlı müəyyən böyük yerlər var ki, yalnız onlar parklanmanı təmin edirlər, və onlardan müəyyən qədər mənfəət əldə edirlər. Amma bəzi müəsissələr başqa xidmətlər göstərir, amma onlar nəqliyyat vasitələrinin parklanmasını da təmin etməlidir".

Fazil Mustafa (Millət Vəkili): "Orada əgər uzun müddətə qalırsa, 24 saat olursa, doğurdan da ona təmbeh tətbiq etmək olar. Bunun ilkin variantına baxmaq lazımdır ki, bu əgər gedirse, orada kimisə yola salırsa, kimisə qarşılayırsa qısa müddətə, ondan pul almaq doğru hüquqi mexanizm sayılmır".

Mütəxəsisslər deyir ki, bu kimi halların qarşısını almaq üçün qiymətlər bir orqan və ya qurumdan müəyən edilməlidir. Eyni zamanda, belə yerlərdə, onlara yaxın ərazilərdə pulsuz parkinq yerlərinin olması da mütləqdir.

Fərhad Eyyubov (ATU-nun dosenti): "Əlbəttə tariff şurası tərəfindən hələlik tam müəyyən olunmayıb. Yaxşı olar ki, müyyən qədər tariff məsələləri ilə məşğul olan şura baxsın, analiz etsin. Əgər məqsədə uyğun olarsa, bu məsələləri dəqiqləşdirsinlər".

Ödəniş məsələsində problemdə adları hallanan  Bakı beynəlxaq avtovağzal kompleksi və hava limanlarının mövqelərini öyrənmək mümkün olmadı. Həmin vəsaitlərin hara və nə üçün yığılıb xərclənməsi ilə bağlı suallarımız da beləcə cavabsız qaldı.