Ölkənin baş pediatrı: “Uşaqlığıma qayıtmaq istərdim” – VİDEO

21 2019 17:22

“ARB Günəş”in efirində yayımlanan “Kiçikdən-böyüyə” verilişinin qonaqları ölkənin baş pediatrı Nəsib Quliyev və nəvəsi 12 yaşlı Ziyad olub.

Söhbət zamanı baş pediatr nəvəsi Ziyadın “Bəzən dərslərdən yoruluram. Mənə nə məsləhət verə bilərsiz ki, yorğun olmayım?” sualını verib
:

“İnsan işini növbələşdirməyi bacarmalıdır. Rejimə uyğun hərəkət etsən yorğunluq əlaməti az olar. Ancaq kitablar üzərində otursan, əlbəttə yorğun olarsan. İstirahətinlə zehni əməyi növbələşdirmək vacibdir. Oxuduğunu qavraya bilmirsənsə, demək yorulmusan, bir az dincəlib sonra davam etməlisən. Ən vacibi də yuxu rejimidir. Düzgün dincəlməsən həm sağlamlığında, həm qavramanda problem yarana bilər”.

Söhbət əsnasında baş pediatr yaşa dolan hər insanın uşaqlığına qayıtmaq kimi bir istəyi olduğunu deyib:

“Cəmiyyətdə uşaqlar qədər mənəviyyatı, ürəyi təmiz başqa şəxslər yoxdur. Buna görə uşaqlığıma qayıtmaq istərdim. Və bəzən insan həyatında bilərəkdən və ya bilməyərkdən səhvlərə yol veririk. Məhz bu səhvlərə yol verməmək üçün insan uşaqlığına qayıtmaq, həyatını yenidən yaşamaq istəyir”.

Balaca Ziyad babası kimi həkim olmaq istəmədiyini bildirib:

“Sənin kimi həkim olmağı düşünmüşəm, amma bütün uşaqlar kimi mən də həkimlərdən qorxuram. Özüm qorxduğum üçün istəmirəm uşaqlar da məndən qorxsun”.

“Kiçikdən-böyüyə” verilişi hər həftənin cümə günü saat 18:45-də “ARB Günəş”də yayımlanır.