İzzət Bağırovla Lalə Məmmədovanı nə birləşdirir? – VİDEO

20 2019 17:03

ARB TV-nin “Səhər-Səhər” verilişinin növbəti buraxılışında qonaq müğənni İzzət Bağırov və əməkdar artist Lalə Məmmədova olub.

İzzət Bağırov həmkarı Lalə Məmmədova ilə olan dostluq münasibətinin tarixçəsindən bəhs edib:

“Lalə mənim 30 illik dostumdur. 1991-ci ildən bərabər addımlayıb bu gün, bu zirvəyə gəlib çıxdıq. O zamanlar Lalənin atası onu aparı-gətirirdi. Lalə ilə yarışmaya qatıldıq. Mən qalib oldum. Qızıl mikrofonu mən qazandım. Orada Lalə bir söz işlətdi. Dedi ki, sən qalib olsan bilərəm kimə uduzuram. Mən qalib olsam bilərəm kimi uddum. Lalənin oxumağından zövq alıram. O əjdahadır. Ona görə istədim ki
bu gün, ad günümdə Lalə də yanımda olsun”.

İzzət Bağırovla olan dostuqlarından danışan əməkdar artist o zamanlardan bir-birilərinə doğmalıq hiss etdiklərini deyib:

“Biz bir-birimizi çox istəyirik. Yarışmaların birində İzzətlə birgə yarışırdıq. Ona dedim ki, sən çıxsan mənim adımı çək, mən çıxsam sənin adını çəkəcəm. Biz yarışdıq. İzzət qalib oldu, çox sevindim”.