“2 övladımızı pulsuzluqdan itirmişik” – Nadir Qafarzadə – VİDEO

20 2019 17:01

ARB TV-nin “Boş anlar” proqramının növbəti qonağı müğənni Nadir Qafarzadə olub.

İfaçı maddi sıxıntıları ucbatından 2 övladını itirdiyini deyib:

“Aclıqla sınağa çəkildiyim zamanlar olub. 2 övladımızı itirdik. 1 qız və 1 oğlan. Vaxtında və düzgün qidalanmamaqdan, pulsuzluqdan, həkimə gedə bilməməkdən olub. O vaxt yoldaşımla elə bilirdik ki, problemimiz var. Hətta ayrılmaq fikrimiz vardı. Fikirləşirdik ki, bəlkə həyatımızı başqa-başqa adamlarla qursaq övladımız olar. Amma mən yoldaşıma dedim ki, biz ailə quranda səninlə müqavilə bağlamamışdıq ki, sənin övladın olarsa yaşayarıq, olmazsa boşanarıq”.