Ayan Babakişiyeva həmkarlarını XƏSİS ADLANDIRDI: “Kirlilik həmişə üstündə olacaq” - VİDEO

17 2019 12:27

ARB TV-nin “Show news” verilişinin növbəti müsahibi müğənni Ayan Babakişiyeva olub.

Müğənni bəzi şou nümayəndələrinin xəsis olmalarından danışıb:

“Çox müğənnilərimiz var ki, saçlarına fen çəkdir
irlər və 3 gün eyni çəkilişə, yaxud başqa yerə gedirlər. O adam həmişə elə görünəcək, kirlilik onun üstündə bəlkə də olacaq. Mən öz təbii gözəlliyimi itirmək istəmirəm, çünki hələ ki, gəncəm. Nə qədər ki, sadə vizaj edirsən, o qədər də gözəl olursan. Tövsiyyə edərdim ki, müğənnilərimiz, aparıcılarımız, modellərimiz sadəliyi seçsinlər. Salona, geyimə xərclənən pula görə xəsislik etməsinlər. Çünki biz tamaşaçı qarşısına çıxırıq. Bu özümüzə və qarşı tərəfə, bizi izləyənlərə olan hörmətimizdir”.