“Ölənə kimi fəxr etmirdim, indi fəxr edirəm” – Aydın Xırdalanlının anası - VİDEO

13 2019 17:07

İlk dəfə ana sözünü Aydından eşitmişəm

ARB TV
-nin “Bu qədər” proqramının növbəti buraxılışında mərhum meyxanaçı Aydın Xırdalanlının həyatından danışılıb.

Xalq artistinin sənət dostları, qohumları və ailə üzvləri onunla bağlı xatirələrindən danışıb:

Bikəxanım Quliyeva – Anası: “Aydın mənim ilk övladımdır, ilk dəfə ana sözünü ondan eşitmişəm. O, mənim arzullarımı, xəyallarımı həyata keçirən oğul idi. Onu hər zaman bir şair və musiqiçi kimi görmək istəyirdim, çünki mən özüm də o həvəslə yaşamışam. O vaxt müəlliməsi deyirdi ki, dərsə mane olur, sinifdə meyxana deyir. Musiqi məktəbinə qoydum, 5 il qarmon təhsili aldı. Ədəbiyyatla məşğul idi uşaqlıqdan, pəncərə kənarları, kravat altları ancaq kitabla dolu idi. 4 övladım var, 3 oğlan biri qızıdır. O qədər mehriban idi ki, hətda qızımdan belə yaxın idi, ürəyindəki sözünü deyirdi. 2006-cı ildə evləndi, 29 yaşında. Övladı olmadı. Dedim ki, övlad sahibi ol. Qardaşı da dedi ki, övladımın birini verim sənə. Dedi ki, uzaqdan baxıram, elə onlar mənə övlad kimidir. Ən çox bacısının qızını istəyirdi. İlk məhəbbəti isə alınmadı. Hamıya ilk məhəbbət qismət olmur. Səhər dedi nəfəsim çatmır. Ayaqla gedə bilmədiyini dedi və təcili yardım çağırdıq. Reanimasiyaya apardılar, amma dedi ki, uzanmıram burda öz ayağı ilə evə gəldi. Elə bil əzrayıl onu evdə gözləyirmiş. Qaraciyər, böyrək və dalaqları şişmişdi. Telefonla həkim dedi, iynə filan vurdurduq ki, 2 gün sonra apararıq yenə həkimə. Bacısına dedi ki, telefonu gətir, Şah İsmayıl Xətayinin həyatını qoy dedi. Sən demə Şah İsmayıl Xətai də hansısa ayın 23 ölüb. 5 dəqiqə ona baxmışdı, bir də gördüm çağırır, qaçdıq. Gördüm ki, Aydın yoxdur, getdi. Ağzına, burnuna nəfəs verdim gördüm yoxdur. Təcili yardım çağırdıq, gec idi. Dünyasını dəyişənə qədər onunla fəxr etmirdim. İndi onunla fəxr edirəm”.

Bibixanım Həsənova - xalası: “Uşaqlıqdan hazır cavab idi. Uşaqların arasında həmişə seçilirdi. Hörmət qazanan biri olub”.

Ziya Quliyev - qardaşı: “Uşaqlıqdan mənə ərəb dili öyrədirdi, məscidə aparırdı. Məktəbdə problemlərimizlə maraqlanırdı. Mən məktəbə gedəndə, o artıq məktəbi bitirirdi. Aramızda qorxu da var idi, hörmət də. O nəsə yazanda birinci mənim üçün oxuyurdu və fikrimi soruşurdu. Narkoloji disponserə gedib-gəlirdi. Ora yanan vaxt hamı elə bildi ki, Aydın da orada idi. O hadisədən 1 həftə əvvəl Aydın oradan çıxıb evə gəlmişdi, çünki müalicəsini alıb bitirmişdi. O meyxana deyəndə də elə hiss olunurdu ki, Aydın əsəbi adamdır. Kimsə düz nəsə etmiyəndə əsəbləşirdi. 2011-ci ildən 2013-cü ilə kimi heç nə etmədi, tərgitmişdi. Zığdan gələndə yüksək sürətlə avtomobil idarə edib və işıq dirəyinə dəyərək avtomobili aşırtmışdı. Amma nəsə olmadı, burnu belə qanamadı”.