“Uşaq vaxtı futbolçu olmaq istəyirdim” – Əməkdar artistin ETİRAFI – VİDEO

10 2019 17:49

Əməkdar artist, tarzən Şəhriyar İmanov ölkənin ilk uşaq kanalı “ARB Günəş”in “Mən məktəbli ikən” verilişində öz məktəb illəri ilə bağlı maraqlı xatirələrini bölüşüb.

“Eyni vaxtda həm orta məktəbdə, həm də musiqi məktəbində təhsil alırdım. Ona görə də “iki cəbhədə” vuruşurdum. Orta məktəbdə əlaçı ola bilmirdim, çünki bütün fikrimi, diqqətimi musiqiyə yönəltmişdim. 6-7 saat tarda ifa edirdim. Məktəb vaxtı cəbr, həndəsə, fizikanı çox sevirdim. Sevmədiyim fənn isə kimya idi. Musiqi məktəbinin 3-cü sinfinə qədər futbolçu olmaq istəyirdim. Sonra gördüm ki, gecdir, artıq gələcəyim musiqi ilə bağlıdır”.

Şəhriyar İmanov məktəblilərə öz tövsiyyələrini də verib
:

“Sevdikləri peşə və sənətlə məşğul olmaqları çox vacibdir. Səbrli olmaq lazımdır. Hər kiçik uğursuzluğa pərişan olmaq lazım deyil”.

Xatırladaq ki, “Mən məktəbli ikən” telelayihəsi hər həftənin şənbə günü axşam saat 18:00-da “ARB Günəş”in efirində yayımlanır.