“Ən yaxşı qisas almaq yolu, unutmaqdır” – Əməkdar artist - VİDEO

07 2019 14:49

ARB TV-nin “Show news” verilişinin növbəti müsahibi əməkdar artist Dilarə Əliyeva olub.

Əməkdar artist küsülü olduğu insanları unutduğundan danışıb:

“Küsmək? Küsmək nədir? Mən unuduram. Küsdüyün adamdan ən yaxşı qisas almaq yolu, onu unutmaqdır.
 Təbii ki, unutduğum adamlar olub. Bəlkə də belə daha yaxşıdır! O an insan bunu bacarmır, amma zaman keçdikcə bacarır. Elə istəyirəm ki, onlar da məni unutsunlar. Heç vaxt içimdə aqressiyaya, kinə yer vermirəm. O insan inciyə bilər ki, yumor hissində, qavramasında problem var. Çalışmaq lazımdır ki, elə insanlara zarafat etməyəsən”.

Qeyd edək ki, əməkdar artist Dilarə Əliyeva 31 mayda ARB TV-nin Heydər Əliyev adına sarayında baş tutacaq “Söhbət var konsertinin aparıcısı olacaq.