DİQQƏT! Bu tələbələr təhsil haqqından AZAD OLDU - VİDEO

07 2019 14:48

Kimlər universitetdə təhsil haqqından azad olacaq?

ARB TV-də məsələnin tam izahı "Günə Doğru" proqramında tam aydın şəkildə göstərilib. 

Taleh Kərimov (Görmə əngəlli): "1-ci il çox çətin idi. Sag olsun 1-2 nəfər dost-tanış kömək etdi, ödədim. Ondan sonra yavaş-yavaş borc xərc. Güzəşt olsa, yaxşı olar".

Taleh kimi xeyli sayda əlilliyi olan tələbə var ki, təhsil haqqını ödəməkdə əziyyət çəkirdi. 
Artıq onların bu çətinliyi arxada qaldı. 1-ci və 2-ci dərəcə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı növbəti tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Kamran Əsədov (Təhsil eksperti): "Ölkə prezidenti İlham əliyev bir neçə gün əvvəl 1-ci və 2-ci qrup əlil tələbələrin, eyni zamanda 18 yaşına qədər sağlamlıq imkanlarını itirmiş şəxslərin də təhsil haqqlarının dövlət büdcəsindən ödənilməsi ilə baglı sərəncam imzaladı. 2019-2020-ci tədris ilindən etibarən ali təhsil müəssisələrində təhsil alan şəxslərin 50 faizinin təhsil haqqları dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək".

Hazırda ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, eləcə də orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təqribən 2500 nəfər əlilliyi olan şəxs təhsil alır. Həmin tələbələrin illik təhsil haqqı xərclərinin ödənilməsi üçün orta hesabla 4 milyon manat vəsait tələb olunur.

Vüqar Bayramov (İqtisadçı): "Yeni qaydalara əsasən nəinki əliliyi olan vətəndaşlarımız üçün eyni zamanda digər vətəndaşlarımız üçün dövlət hesabına tələbələrin sayı ən azı 50 faiz olmalıdır. 
Növbəti illərdə 75 faizə qədər qaldırılması nəzərdə tutulur. O baxımdan maliyyə imkanları var. Azərbaycan dövlət büdcəsinin xərclərinin 24 milyard manatdan çox oldugunu nəzərə alsaq sözügedən vətəndaşların xərclərinin ödənilməsinə imkan var".

Təhsil ekspertləri deyir ki, bu qəbildən olan tələbələrin təhsil haqqından azad olunmasının maddi üstünlüklə yanaşı, mənəvi üstünlüyü də var.

 

Buludxan Xəlilov (ADPU-nun kafedra müdiri): "Onlar artıq cəmiyyətin ən aktiv üzvünə çevrilə bilirlər. Onlar daha fikirləşmirlər ki, biz bu cəmiyətdə yararlıyıq ya yararsızıq. Əksinə fikirləşirlər ki, biz bu cəmiyyət üçün dəyərliyik, cəmiyyətə bizə ehtiyacı var. Ona görə onlar məsuliyətlərini daha da artırırlar və çalışırlar ki, daha yaxşı oxusunlar sabah cəmiyətə fayda versinlər".

Kamran Əsədov (Təhsil eksperti): "Azərbaycanın ərazi bütövlüyü ugrunda gedən döyüşlərdə şəhid, əlil olmuş və yaxud veteren olmuş şəxslərin övladlarının da təhsil haqqları dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. 
Bundan başqa məcburi köçkün statusu alan şəxslər və yaxud onlara bərabər tutulan şəxslər var ki, onların da təhsil haqqları dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Valideyn himayəsindən məhrum olan şəxslər var, onların da təhsil haqqları dövlət büdcəsinin vəsaiti hesabına ödənilir".

Qeyd edək ki, hazırda Azərbaycanın 54 ali təhsil müəssisəsində 164 min tələbə təhsil alır. 
Hər il ali məktəblərə aparılan qəbul plan yerinin 31 faizi ödənişsiz, yəni dövlət sifarişli ixtisaslar, 70 faizə qədər plan yerləri isə ödənişli əsaslarla olurdu. Dövlət başçısı İlham Əliyevin bu ilin yanvar ayında imzaladıgı sərəncama əsasən isə ali təhsil müəssisələrində ödənişsiz plan yerlərinin sayının 31 faizdən 45 faizə, 2020-ci ildə isə 50 faizə çatdırılması nəzərdə tutulur.