“Biz müğənnilər örnək ola bilmərik” - Səidə Sultan - VİDEO

02 2019 16:51

Yolda görən deyəcək ki, ev qızlarıdır

ARB TV
-nin “Show news” verilişinin növbəti müsahibi müğənni Səidə Sultan olub. 

Müğənni Aysel Əlizadə və Sevda Yəhyayeva qalmaqalında onlara dəstək olub:

“Mən bu dəstəyi təşəkkür üçün etmədim. O şeyi yaşayan bir insan olaraq mənim ürəyim dözmədi dedim. Təşəkkürə qalanda isə əlbəttə ki, təşəkkür etdilər. O qızlar qanacaqlı xanımlardır.  Hər ikisi də mənə öz təşəkkürünü bildirdi. Biz belə şeylərə “stop” deməliyik”.

Səidə Sultan, müğənniləri, gənclərə pis örnək olmaqda günahlandıranlara səslənib:

“Biz müğənni olaraq Azərbaycan milləti üçün örnək ola bilmərik. Bizə örnək anamız, atamızdır. Onlar mənim mahnımı, klipimi ya sev
ə ya da sevməyə bilər. Amma mən niyə örnək oluram ki? Örnək deyiləm. Bu söhbətlərdən nə zamandır ki, yığılmışdım. İnsanlara laboratoriya siçanları kimi yanaşırlar. Niyə biz özümüz-özümüzü vuraq. O zaman bizə düşmən lazım deyil ki?”.

Videosu yayılan 3 qızla bağlı məsləyə toxunan müğənni öz məyusluğunu dilə gətirib:

“O xanımlar müğənni deyildi. Halbuki, o xanımları yolda görən deyəcəkdi ki, ev qızlarıdır. Hər dəfə müğənniləri qınaq obyektinə çevirirlər. Amma fakt cəmiyyətdən elə xanımlar çıxdı və biz müğənnilər onların yanında yalan olduq”.