“Özüm bilərəm, heç kim işimə qarışa bilməz” – Anar Mədətov DANIŞDI - VİDEO

02 2019 16:51

ARB TV-nin “Show news” verilişi son günlərin əsas müzakirə mövzusu olan prodüser Anar Mədətovun həyat yoldaşından boşanmadan Samirə adlı vizajistlə evlənməsi xəbərinə aydınlıq gətirib. 

“Show news”
 verilişinin müxbiri prodüserə telefon zəngi edərək yayılan xəbərlərlə bağlı açıqlama alıb:  

“Bu mənim şəxsi həyatımdır. Mənim ailə işimdir, özüm bilərəm və heç kim də mənim ailə işimə qarışa bilməz. Həyatdı, həyat… Həyatda hər şey ola bilər. Sabah başına daş düşə bilər, ölə bilərsən. Cavab budur”.

Anar Mədətov oğlu Mahir Mədətovun soyadını dəyişməsi ilə bağlı yayılan məlumatlara da münasibət bildirib:

“Mahir elə bir şey deyə bilməz, heç kim Mahirə o sualı vermiyib. Kimsə burada xal tutmaq və Mahirin adından danışmaq istəyirsə o, özü özünü biyabır edir”.