“Cəzamı məndən çox valideynlərim çəkir” – Ömürlük məhkuma yuxu kimi gələn MƏHBUS HƏYATI – VİDEO

30 2019 16:25

ARB TV-nin “Rezonans” proqramının növbəti buraxılışında məhkum Hafiz Hacıyevin həyat hekayəsindən danışılıb.

Hafiz Hacıyev– Ömürlük məhkum: “1992-ci ildə hərbi xidmətə getdim. Orada anlaşılmazlıq oldu, cinayət hadisəsi baş verdi. Həmin cinayətdə mən təqsirləndirildim və 1995-ci ildə ölüm hökmünə məhkum edildim. Xidmətim zamanı yanımda o qədər əsgərlər ölmüşdü ki, o zaman ölüm hökmü mənə qəribə gəldi
. Ölüm hökmü alanda sanki yuxudaydım. Ömürlük alanda isə elə bil yuxudan ayıldım. Bu gün mənə ikiqat ağırdır, çünki cəzamı məndən çox valideynlərim çəkir”.