“Atamdan yadigar qalıb” – Gədəbəy sakinindən odlu silah götürüldü – VİDEO

30 2019 16:23

Gədəbəy polisi uğurlu əməliyyat keçiribRayon sakininin gizlətdiyi odlu silah aşkarlanaraq götürülüb.

ARB TV xəbər verir ki, Gədəbəy Rayon Polis Şöbəsinə Göyəlli kənd sakini 48 yaşlı Arif Tağıyevin evində odlu silah saxlaması barədə məlumat daxil olub.

Dərhal əməliyyat axtarış tədbirlərinə başlayan polis Tağıyevin yaşadığı ünvana baxış keçirib. Axtarış zamanı evin həyətindən gizlədilən bir ədəd odlu silah aşkarlanaraq götürülüb.

Arif Tağıyev odlu silahın ona məxsus olduğunu inkar etməyib. O, silahdan heç bir cinayət hadisəsində istifadə etmədiyini və saxlanılmasının qanunsuz olduğunu bilmədiyini deyib.

Arif Tağıyev – Saxlanılan şəxs: “Silah atamdan yadigar qalıb. O vaxtdan yadigar kimi saxladım. Belə silahların yığılmasından xə
bərsizəm. Xəbərim olsa təhvil verərdim. Peşmanam”.

Götürülən silahın hər hansı cinayətdə istifadə edilib edilmədiyi ekspertizanın rəyindən sonra bəlli olacaq. Hazırda Gədəbəy Rayon Polis Şöbəsinin İstintaq bölməsində bu istiqamətdə araşdırmalar davam etdirilir.