Dilarə Əliyeva hamı üçün DANIŞACAQ: “Camaatdan gizlin sözüm yoxdur” - VİDEO

25 2019 16:19

Fəaliyyətə başladığı gündən bir çox baxımlı layihələri ilə tamaşaçıların rəğbətini qazanan ARB növbəti sürprizini etməyə hazırlaşır.

31 Mayda Heydər Əliyev adına Sarayda ARB TV-nin “Söhbət var” adlı möhtəşəm konserti olacaq. Televiziyanın eyni adlı proqramının aparıcısı, 
əməkdar artist Dilarə Əliyeva bu dəfə respublikanın ən şöhrətli sarayında şou əhlini bir araya yığacaq.

ARB TV-nin “Günə doğru” proqramı bununla bağlı maraqlı süjet hazırlayıb.

Dilarə Əliyeva – Əməkdar artist, Aparıcı: “Həmişəki kimi pıça-pıç olacaq. Nə qədər qıraqda danışaq? Hamı bilir ki, mənim camaatdan gizlin sözüm yoxdur. Xahiş edirəm ki, 31 mayda gəlib mənim söhbətlərimə qulaq yoldaşlığı etsinlər”.

Əyləncəli və maraqlı konsert proqramında ölkənin ən populyar müğənniləri, şou-biznes nümayəndələri çıxış edəcək. Onlar eyni zamanda müxtəlif səhnəciklərdə peşəkar aktyor və aktrisalarla birgə öz səhnə bacarıqlarını da göstərəcəklər.

Həsrət Həsrətov – Aktyor: “Bura gələn insanlar həm müğənnilərin musiqisini dinləyəcəklər, həm də səhnəciklərimizi izləyəcəklər”.

Heydər Əliyev adına saraydakı “Söhbət var” konserti mayın 31-i saat 19:00–da başlayacaq. Artıq, çal-çağırlı, sözlü söhbətli, ulduzlarla dolu şounun biletləri də satışdadır.

Bir sözlə, uzun müddət yaddaşlarınızda qalacaq möhtəşəm konsert proqramı sizi gözləyir. Qiyməti 10 manatdan 60 manatadək olan biletləri isə şəhərin istənilən kassalarından əldə edə bilərsiniz.