“Evdəkilər elə bilirdi Texniki Universitetə gedirəm” – İslam Mehrəliyev – VİDEO

25 2019 16:16

ARB TV-nin “Pəncərə” proqramının budəfəki qonağı aktyor İslam Mehrəliyev olub.

Aktyor bildirib ki, evdəkilər İncəsənət universitetinə sənəd verməyimə narazı idilər:

“2003-cü ildə məktəbi bitirib sənədlərimi İncəsənət universitetinə verdim. 2 il testdən kəsildim. Evdəkilər də razı deyildi. Evdən çıxanda dedilər ki, hansı universitetə gedirsən? Deyirdim ki, Azərbaycan Texniki Universitetinə sənəd verirəm. 3-cü il testdən də keçdim. Məhlə uşağım anamı görüb demişdi ki, təbrik edirəm sizi, İslamla qabiliyyət imtahanından keçdik. Anam evə gəldi ki, sən bizi aldatmısan. Dedilər ki, özün bilərsən. Test imtahanında da bir xanım mənə köməklik etdi. Yadına gəlirəmsə sağ olsun”.