“Sevda Yəhyayeva əcnəbi ilə evlənir” - Afaq Gəncəlidən sürpriz XƏBƏR - VİDEO

25 2019 16:14

ARB TV-nin “Faydalı” saat verilişinin növbəti qonağı teleaparıcı Afaq Gəncəli olub.  

Sloveniya aşiqi olan teleaparıcı oradan ağız dolusu danışıb: 

“Mən heç yeri sevmirəm. Avropada yaşamaram. Ancaq Azərbaycan. İndi də o fikirdəyəm. Amma Sloveniyada yaşayaram, qayıdanda ora üçün darıxdım. Düzdü slovyan dilidi, amma rus dilinə bənzəyir deyə
, hardasa tutmaq olur. Əgər biraz özünü zorlasan, o dili öyrənə bilərsən”.

Afaq Gəncəli oradan evlilik təklifi gözləsə də, bu təklifin ona yox, başqasına gəldiyindən danışıb: 

“Mənə gəlmədi evlilik təklifi. Amma sizə bir sirr açım. Bu təklif müğənni Sevda Yəhyayevaya gəldi. Serbiyanın çox məşhur bir insanından, vətəndaşından gəldi. Toyun nə vaxt olduğunu isə deyə bilmərəm. O məni öldürəcək, amma mən bunu dedim”.