“Qalmışıq susuz” – Su sayğacları oğurlandı – VİDEO

25 2019 16:13

Yasamal rayonunun İnşaatçılar küçəsi, 1 ünvanında su sayğacları oğurlanıb.

ARB TV xəbər verir ki, hadisə gecə saatlarında 5 mərtəbəli binanın sonuncu mərtəbəsində qeydə alınıb.

Həmin mərtəbənin hər 3 mənzilinin su xətti sayğaca giriş hissədən bağlanıb. Daha sonra xüsusi avadanlıqlarla açılaraq götürülüb. Aşağıdakı digər 4 mərtəbənin sayğacları isə yerindədir. Oğurluğun sayğaclardakı misal götürmək məqsədi ilə törədildiyi ehtimal olunur. Sakinlər hadisə barədə “Azərsu” ASC-nə və DİN-nə məlumat veriblər.

Sədaqət Nəcəfova – Sakin: “Bütün mərtəbələrdə sayğaclar yerindədir. Həyətdə su gəlir. Bu kranları açmaq mümkündür, lakin indi açılmır, bağlayıblar. Üçünü də bağlayıb sayğacları götürüb aparıblar. Qalmışıq susuz. Hadisə gecə 02:00 ilə 05:00 arası baş verib. O vaxtadək su gəlirdi”.

Faktla bağlı araşdırmalara başlanılıb.