Özlərini gözəlliyə qurban verənlər – VİDEO

25 2019 16:07

Son vaxtlar süni gözəlliyə üstünlük verən uzun caynaqlı, tatuaj edilmiş qaş, yaxud da taxma kirpikli xanımlara daha çox rast gəlirik. “Gözəllik qurban tələb edir” deyib süni gözəllik detalları əlavə edən bu xanımlar qaş düzəldən yerdə, sözün əsl mənasında göz çıxardıqlarının fərqində belə deyillər.

ARB TV-nin “Günə doğru” proqramı mövzusu ilə bağlı maraqlı süjet hazırlayıb.

Anar Abdullayev – Oftalmoloq: “Gözdə quruluq törədə bilər. Düzgün gigiyenik qulluq olmadığı zaman gözdə iltihab baş verə bilər, gözə infeksiya bulaşa bilər. Ona görə də mütləq nəzarət altında istifadə olunmalıdır”.

Taxma, yaxud da kirpik qaynaqlarına gəlincə...

Anar Abdullayev – Oftalmoloq: “Kirpik materiallarından da çox şey asılıdır. Onlar müəyyən qədər kirpiyə ağırlıq göstərdiyi üçün bəzən malarozis deyilən yəni kirpiklərin tökülməsi halı ilə rastlaşmaq olur”.

Gözəlləşmək istəyən xanımlar nəinki göz, yaxud kirpik hətta saç və dırnaqlarına da xüsusi çəki düzən verməklə özlərini bilmədən gözəlik qurbanlarına çevirmiş olurlar. Həkimlərin sözlərinə görə taxma saçların yəni pariklərin və dırnaqların da yaratdığı bir sıra dəri xəstəlikləri var.

Zülfiqar Fərəcov - Dermatoloq: “Parikin hazırlanmasında cürbəcür ximikatlardan istifadə olunur və bu ximikatlar insanın dərisinə mənfi təsir göstərə bilir. Həmin pariklər də uzun müddət geyildikdən sonra kontakt dermatit deyilən xəstəlik əmələ gəlir”.

Dırnaq qaynağına maraqlı olanların da diqqətli olmasında fayda var.

Zülfiqar Fərəcov - Dermatoloq: “Yeni dırnaqların qoyulması göbələk xəstəlikləri deyilən maya göbələk, tırkapediya xəstəlikləri, epidermapetiya kimi xəstəliklər yaradır, bunlarda gələcəkdə ağır fəsadlar verə bilir.

Vəfa Əkbər - Psixoloq
: “İnsan özünü olduğu kimi qəbul etsə o insan cəmiyyətdə də qəbul olunacaq. Düşdüyü mühitdə də seviləcək. Artıq onun qüsurları hamının gözündə silgi kimi silinəcək və həqiqətən də qüsursuz və özünəməxsus gözəlliyə sahib olacaq”.

Gözəllik ondur doqquzu dondur deyirlər. Ancaq bu 9 donu elə geyinmək lazımdır ki, sonradan bir dona möhtac qalmayaq. Özünüzü olduğunuz kimi sevin, sevin ki hər kəs də sizi siz olduğunuz üçün sevsin.