“Oğurluq fikrim olsa aparıb satardım” – Bacısının malına göz dikən qardaş – VİDEO

22 2019 17:28

Hadisə aprelin 18-i səhər saatlarında Şəmkirin Könüllü kəndində baş verib.

ARB TV xəbər verir ki, 2 baş heyvanının naməlum şəraitdə oğurlandığını görən kənd sakini polisə şikayətçi olub.

Görülən tədbirlər ilk cəhddəcə cinayətin üstünü açmağa yardım edib. Şübhəli şəxs kimi zərərçəkənin qardaşı Dəyanət Qurbanov saxlanılıb. O, dindirilmə zamanı əməlini səmimi etiraf edib və heyvanları yaşadığı ünvana apardığını deyib.

Saxlanılan Dəyanət Qurbanov işin istintaqını aparan baş müstəntiq Mehrab Məmmədova verdiyi ifadə heyvanları oğurladığını gizlətməyib. Hadisəni səbəbsiz törətmədiyi bildirən qardaş, bacısının tövləsindən etdiyi oğurluğun peşmançılığını da çəkdiyini sözlərinə əlavə edib.

Dəyanət Qurbanov – Saxlanılan şəxs: “Səhər saat 7-də yuxudan oyanıb getdim bacımın qapısına. Mənə pul verməl idi, istədim, vermədi. Mən də inəyini aparıb qapıma bağladım. Əgər oğurluq fikrim olsa aparıb satardım. Əməlimə görə peşmanam”.

Quldurluq cinayəti törətdiyi üçün əvvəllər məhkumluq həyatı yaşayan Dəyanət Qurbanovun barəsində cinayət məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb.

İstintaq aparılır.