“Kaş onun əvəzinə mən ölərdim” – Yol qəzasında bir ailəninin həyatına son qoyan məhkum – VİDEO

22 2019 17:23

ARB TV-nin “Rezonans” proqramının növbəti buraxılışında məhkum Cəlil Murtuzovun həyat hekayəsindən danışılıb.

Cəlil Murtuzov – Cəzası: 9il: “Müəllim ailəsində böyümüşəm. Həhkum həyatı yaşayacağım ağlıma gəlməzdi. Heç kim həyatdan sığortalanmayıb. Özəl firmaların birində mühafizə xidmətinin rəisi idim. İşim yaxşı idi, dolanırdıq. Məhkum olmağıma səbəb avtomobil qəzası törətməyib oldu. Bibim rəhmətə getdi, onun 40 mərasimindən 1 həftə sonra da biz, bibim oğlunun ailəsi və mən Masallı rayonuna getdik. Oradan qayıdanda gecəyə düşdük. Yuxusuz idim, qəzaya uğradıq. Bibim oğlu içkili olduğu üçün maşını fasiləsiz mən idarə etməli oldum. Elə bil gözüm bağlandı. Üzümdən başqa hər yerim əzildi. Avtomobilin ön şüşəsinin üzərimizə düşdüyünü gördüm. Bibim oğlunu qucaqladım, üstümə yıxıldı. Baş nahiyəsindən əzildiyi üçün keçinmişdi. Qorxdum. Avtomobildə olanların üçü baş hissəsindən əzildiyi üçün hamısı öldü. Bibim oğlu, yoldaşı və 3 yaşlı uşaqları. Hadisədən sonra bibim oğlunun atası məndən şikayətçi oldu. Onu anlayıram, övlad itirib. Amma mən də çox acı çəkirəm. Bəlkə düzələr, barışıq olar. Amma bibim sağ olsaydı, bibim oğlu Elçin sağ olsaydı bəlkə belə olmazdı. Sağ qalan 2 uşağa babaları baxır, Elçinin atası. Bilmirəm onlar böyüyəndə mənə necə baxacaqlar. Ata-anasız böyümək çətindir. Onların üzünə necə baxacağam, nə deyəcəyəm? Mən bu 9 ili çəkib bitirəcəm. Buradan çıxandan sonra azadlıqda Elçinsiz necə yaşayacam? O mənə qardaş idi. Kaş mən öləydim, o ölməyəydi. Qəbirləri üzərinə getmədim. Hansı üzlə gedəcəyimi də bilmirəm”.