“Anam qan içində görüb ürəyi getdi” - Qardaşı Dilarənin başını kəsdi - VİDEO

22 2019 17:22

ARB TV-nin “Söhbət var” verilişində bu dəfə “hamının etdiyi şeylər” mövzusunda müzakirə aparılıb.

Qonaqlarına uşaqlıqda xatirələrdən danışan aparıcı Dilarə Əliyeva, uşaq vaxtı anasının qadağan etdiyi rəfə görə başına gələn tragikomik hadisədən danışıb:

“Mənim 4, qardaşımın isə 5 yaşı var idi. Anamın bir kasmetika qabı var idi. O qab bizə hər zaman maraqlı gəlirdi ki, görəsən içərisində nə var? Anam evdən gedəndə mən ayağımın altına stolu qoyub şkafı açdım və yuxarıdan o qabı çıxartdım. İçində muncuqlar və sürüşkən kağızın içində lezvalar vardı. Lezvanı açdım, parıldayırdı. Qardaşım dedi ki, gəl sənin başını kəsim, yəni saçını kəsim anlamında. Mən də uşağam axı, dedim hə. Oturdum lezva ilə başımı kəsdi, qan necə fışqırdı... O vaxt da kolidorda qapı olsa da, hamı pərdə də asardı. Qardaşım gətirdi oturtdu 1-ci qapının pərdəsinin altında, pərdəni başıma bükdü. O pərdə qan oldu keçdi o biri pərdəyə. Bu anda anam içəri girib məni qanın içində gördü və ürəyi getdi”.