“Mənə yazdı ki, Allah cəzasını verdi” - Xərçəngdən əziyyət çəkən jurnalist ilk dəfə EFİRDƏ - VİDEO

19 2019 16:38

ARB TV-nin “Səhər-Səhər” proqramının qonağı jurnalist Tahirə Mahirqızı olub.

“Nazim Pişyarinin məhkəməyə verdiyi həkim məni sağaltdı”  

Xərçəngdən əziyyət çəkən jurnalist bildirib ki, onu məhz həyata Nazim Pişyarinin məhkəməyə verdiyi həkim həyata qaytarıb.

“Əməliyyatdan sonra ilk dəfədir ki, efirə çıxıram. Yadınıza gəlirsə bir müddət əvvəl burada qalmaqal yaşanmışdı. Məhz həmin həkim məni ölümdən həyata qaytarıb (Nazim Pişyarinin günahlandırdığı həkim). Mən əməliyyata gedənə qədər oğlum bilmirdi ki, anası xərçəngdir. Bəzən biz hərşeyi tez mühakimə edirik. Bəziləri mənə görə yazdı ki, Allah cəzasını verdi. Amma 99 faiz yazanlar dua edirdi”.