İzzət Bağırov olmaq üçün iynə ilə gor qazmışam - VİDEO

19 2019 16:33

ARB TV-nin “Show news” verilişinin növbəti müsahibi müğənni İzzət Bağırov olub.

Müğənni ilk dəfə övladları ilə bağlı arzusundan danışıb:

“Övladlarım şou-biznesdən uzaq olsun istəyərəm. Ola bilsin elə bir istedadları olar ki, qarşısını ala bilmərəm və gəlib bunlar da müğənni olarlar. Çalışacam ki, şou-biznesdə olmasınlar. Həkim olmalarını istəyərdim”. 

İzzət Bağırov daha sonra yerli şou-biznesin ən qalmaqallı mövzusu olan “oğluma müğənni gəlin almaram” fikrinə də münasibət bildirib:

“Ürəyi kimi istəyəcək, barmağını kimin üstünə qoyacaq gedib onu da alacıyıq. Əsas odur ki, nəsil-nəcabəti təmiz və düzgün adam olsun. Yoxsa ay sənət adamıdır, şou-biznesdən olması mənim üçün bir əhəmiyyət kəsb etmir. Məncə onu deyənlər işin çətinliyinə görə deyiblər. Şou-biznes çox çətin sənətdir. Mən özüm İzzət Bağırov olmaq üçün iynə ilə gor qazmışam. Ona görə də düşünürəm ki, o nöqtəyi nəzərdən deyirlər, bu arada başqa heç nə ola bilməz”.