“Bir müddət olmayacam” - Namiq Qaraçuxurlu yenidən əməliyyat olunur - VİDEO

19 2019 16:32

ARB TV-nin “Show news” verilişinin növbəti müsahibi meyxanaçı Namiq Qaraçuxurlu olub.

Meyxanaçı yenidən əməliyyat olunacağını deyib:

“Əməliyyata getməliyəm. Bir müddət olmayacam. Ayağımdakı milləri əməliyyatla çıxardacaqlar. Hətta əməliyyatım il yarımdır ki, gecikir. Sadəcə mənim işlərimlə bağlı qaldı. İnşallah ki, may ayında əməliyyata daxil olacam və yəqin ki, iki həftə əsa ilə gəzməli olacam, sonra keçib gedəcək. Bu günə kimi axsayırdım, çünki mənə istirahət lazımdır və çox gəzməməliyəm. Amma insanlar məndən sağlam adam kimi nəsə tələb edir. İzah edə bilmirəm ki, mən əvvəlki adam deyiləm axı, siz zəng edən kimi qaça-qaça gəlim”.