Ticarət obyektləri niyə sığorta olunmaq istəmir? – VİDEO

30 2019 15:28

Daşınmaz əmlakın dövlət sığortası İcbari sığorta haqqında  Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. Həmin qanunda göstərilir ki, bəzi əmlakların sığortası yolverilməzdir. Bəs söhbət hansı obyektlərdən gedir?

ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Xəyal Məmmədxanlı - Sığorta eksperti:
 “Qəzalı vəziyyətdə olan əmlaklardır, sökülməsi barədə müvafiq icra hakimiyyəti orqanları tərəfindən qərar qəbul edilmiş əmlaklardır. Qeyri-qanuni tikililər, o cümlədən də icazə verilməyən ərzazilərdə inşa edilmiş tikililər və yarımçıq tikililər sığortaya cəlb oluna bilməz”.


Heç kim baş verəcək fövqəladə, eləcə də təbiət hadisələrindən sığortalanmayıb. Əlinizdə olan mülklərin sığortalanması isə mütləqdir ki, baş verən hansısa təbiət hadisəsi zamanı dəyən zərərin həcmi çox olmasın. Ekspertlər hesab edir ki, əksər sahibkarlar məhsulunu sığortalatmaqda maraqlı deyil. Qeyri-rəsmi şəkildə ölkəyə gətirilən malların alınma yerləri haqqında rəsmi sənədlərin olmaması, qeydiyyata alınmaması işi çətinləşdirir.

Ruslan Atakişiyev – İqtisadçı: “Sahibkar da sabahısı gün belə bir hadisə baş verəndə  müəyyən o zərərçəkmə ilə bağlı konpensasiya istəyir yaxuda bunun ödənilmsinin həyata keçirçməsini istəyir. Amma bir şey rəsmi şəkildə uçotda deyilsə onun məbləğini müəyyən etmək çətin olur”.

Əgər hansısa obyekt təhlükəsizlik standartlarına cavab verirsə, sığorta şirkətləri İcbari sığortadan imtina edə bilməz. Risk yüksək olan obyektlərdə isə sığorta şirkətləri məbləğ olaraq yüksək qiymətlə sığorta təklifi edirlər. Nəyin sığortlanıb nəyin sığortlanmamasına gəlincə.

Xəyal Məmmədxanlı - Sığorta eksperti: “Əmlakın yalnız konstruksiyası yəni, betonu və onun tərkib hissələri - qapısı, pəncərəsi, tavanı, damı, onun daxili mühəndis qurğuları yəni liftləri, transformatorları  kabelləri və s. Bütün bunların  hamısı sığortanın təminatına daxildir. Amma əmlakın içərisindəki əmlaklar tutaq ki mebelləri, elektron avandlıqlar və s. sığorta təminatına daxil deyil.

Hətta çox zaman xırda və ya iri sahibkarlar aşağı göstəricilərdən ibarət sığorta məbləği ilə kifayətlənirlər. Bu, özü elə təhlükədən xəbər verir. Bir sözlə, sığorta şəhadətnaməsini adi kağız parçası hesab edib sığorta məbləğinə qənaət etməyin. Əks halda bu işin astarı üzündən baha başa gələcək.